İntihar edən Xumarı xilas etməyə çalışan kişinin vəziyyəti necədir? | 1news.az | Xəbərlər
Cəmiyyət

İntihar edən Xumarı xilas etməyə çalışan kişinin vəziyyəti necədir?

12:21 - 04 / 05 / 2022
İntihar edən Xumarı xilas etməyə çalışan kişinin vəziyyəti necədir?

Xəbər verdiyimiz kimi, ötən gün Xətai rayonunda 17 yaşlı Xumar Babayeva özünü yaşadığı 7-ci mərtəbədəki mənzildən atıb.

Bu zaman yeniyetmə qız onu xilas etməyə çalışan, binanın qarşısında dayanmış 38 yaşlı Zahid Niyazovun üstünə düşüb və o, yaralanıb.

Z.Niyazovun vəziyyəti ilə bağlı TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, onun vəziyyəti stabildir: “Z. Niyazov 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Onun vəziyyəti stabil olaraq qiymətləndirilib. Ailəsinin iltizamnaməsi ilə özəl xəstəxanalardan birinə aparılıb”.

Qeyd edək ki, X. Babayeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.

1news.az

Paylaş:
380

Son xəbərlər

Bütün xəbərlər