Abşeronda kişi arvadını bıçaqlayıb özünü öldürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda kişi arvadını bıçaqlayıb özünü öldürdü

Qafar Ağayev12:53 - 04 / 05 / 2022
Abşeronda kişi arvadını bıçaqlayıb özünü öldürdü

Abşeron rayonunda kişi həyat yoldaşını bıçaqlayaraq intihar edib.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, hadisə rayonun Güzdək qəsəbəsində qeydə baş verib.

Rayon sakini, 1971-ci il təvəllüdlü E.Məmmədov həyat yoldaşı, 1979-cu il təvəllüdlü Radə Məmmədovanı bıçaqlayaraq qətlə yetirmək istəyib. Hadisədən sonra E.Məmmədov həyat yoldaşının hərəkətsiz qaldığını görüb onun öldüyünü zənn edərək özünü asaraq intihar edib.

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
273

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər