Coratda evdə 63 yaşlı kişinin meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Coratda evdə 63 yaşlı kişinin meyiti tapılıb

Qafar Ağayev14:49 - 05 / 05 / 2022
Coratda evdə 63 yaşlı kişinin meyiti tapılıb

Coratda evdə meyit aşkarlanıb.

1news.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Corat qəsəbəsində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumata əsasən, çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Məhərrəmov Məhərrəm Cahangir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Paylaş:
269

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər