AAYDA sədri Bakı-Quba-Rusiya yolunda tikinti-bərpa işlərinə baxış keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AAYDA sədri Bakı-Quba-Rusiya yolunda tikinti-bərpa işlərinə baxış keçirib - FOTO

Qafar Ağayev16:25 - 05 / 05 / 2022
AAYDA sədri Bakı-Quba-Rusiya yolunda tikinti-bərpa işlərinə baxış keçirib - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda aparılan tikinti-bərpa işlərinə baxış keçirib.

AAYDA-dan 1news.az-a verilən məlumata görə, Agentliyin İdarə heyətinin sədri Saleh Məmmədov tikinti-bərpa işləri ilə yerindəcə tanış olub, işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Qeyd edək ki, tikinti-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində aparılır.

Paylaş:
524

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər