Sumqayıtda zavodda qaz balonu partladı, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda zavodda qaz balonu partladı, ölən var

Qafar Ağayev10:10 - 05 / 05 / 2022
Sumqayıtda zavodda qaz balonu partladı, ölən var

Sumqayıtda zavodda partlayış olub.

Sumqayıt şəhər prokurorluğundan 1news.az-a verilən məlumata görə, mayın 4-ü saat 15 radələrində Sumqayıt şəhərində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərəkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış və çatdırıldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Paylaş:
486

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər