90 minə yaxın şagird avtomatik olaraq birinci sinfə qəbul olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

90 minə yaxın şagird avtomatik olaraq birinci sinfə qəbul olunub

11:33 - 05 / 05 / 2022
90 minə yaxın şagird avtomatik olaraq birinci sinfə qəbul olunub

Artıq avtomatik olaraq 90 minə yaxın şagird birinci sinfə qəbul olunub.

1news.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

Onun sözlərinə görə, artıq birinci sinfə qəbul olan şagirdlər mayın 6-dan elektron ərizələrini şəxsi kabinetdən çap edib məktəbə təqdim etməlidirlər.

“Həmçinin mayın 6-da şəxsi kabinet açaraq məktəb və siniflərini seçə bilərlər” - deyə o əlavə edib.

1news.az

Paylaş:
196

Son xəbərlər

Bütün xəbərlər