Azay Quliyev: “Şirnikləndirici iş elanları araşdırılmalıdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Azay Quliyev: “Şirnikləndirici iş elanları araşdırılmalıdır”

12:49 - 05 / 05 / 2022
Azay Quliyev: “Şirnikləndirici iş elanları araşdırılmalıdır”

“Bu gün görülən işlər arasında insan alveri qurbanları üçün həyata keçirilən tədbirlər nəzərəçarpacaq dərəcədədir”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Milli Məclisin iclasında deputat Azay Quliyev deyib.

Deputat bildirib ki, bəzi ölkələrdə insan alverinə qarşı nəinki mübarizə aparılmır, həm də bu, dövlət orqanları tərəfindən dəstəklənir: “Necə ola bilər ki, Azərbaycan ABŞ-ın İnsan alveri ilə bağlı hesabatında həmin ölkələrlə eyni sırada verilir?! ABŞ-ın media azadlığı ilə bağlı hesabatında da Azərbaycana qarşı bu cür mövqedən çıxış edilmişdi”.

Azay Quliyev bildirib ki, insan alveri cinayətləri bəzən internet üzərindən həyata keçirilir: “Vətəndaşlar çox zaman internetdən bu kimi elanlara aldanırlar. Eyni zamanda şirnikləndirici iş elanları da araşdırılmalıdır”.

1news.az

Paylaş:
400

Son xəbərlər

Bütün xəbərlər