QMİ sədri: Azərbaycan dünyaya insan qardaşlığına yönələn ideyaları fəal təşviq edən mərkəzə çevrilib | 1news.az | Xəbərlər
Cəmiyyət

QMİ sədri: Azərbaycan dünyaya insan qardaşlığına yönələn ideyaları fəal təşviq edən mərkəzə çevrilib

Qafar Ağayev12:56 - 09 / 05 / 2022
QMİ sədri: Azərbaycan dünyaya insan qardaşlığına yönələn ideyaları fəal təşviq edən mərkəzə çevrilib

Konfransda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “İslam vəhdəti: konsepsiya, imkanlar, çağırışlar” mövzusunda beynəlxalq iştirak edir.

QMİ-nin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, dünyanın 150 ölkəsindən 500-ə yaxın müsəlman dini lider və din xadiminin iştirak etdikləri mötəbər konfransın ilk günündə Rəyasət Heyətində yer alan QMİ sədri mayın 9-da nazirlər səviyyəsində “Vahid ümmət və müxtəlif əqidə məzhəbləri” mövzusunda plenar iclasda çıxış edib.

Konfrans iştirakçılarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və bütün xalqımızın adından salamlamaqdan şərəf duyduğunu bildirən şeyxülislam A. Paşazadə bildirib ki, İslam dünyasının və bütün bəşəriyyətin kəskin ziddiyyətlər, narahat gündəm yaşadığı, dövlətlərin savaş ilə sarsıldığı, qaçqınlar ordusu ilə üzləşdiyi bir dönəmdə müsəlman cəmiyyətlərinin üzərinə sülh məramını və qarşılıqlı ehtiram məfkurəsini bəyan etmək vəzifəsi düşür. O, bütün müsəlmanların vəhdət və sülh uğrunda həmrəy olmalarının Allah yanında ən xeyirli işlərdən olduğunu xüsusi qeyd edib.

İslam fəlsəfəsinin dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını yolverilməz hesab etdiyini deyən QMİ sədri bildirib ki, 30 illik erməni işğalına son qoyaraq ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti azad olunmuş torpaqlarımızda işğalçılar tərəfindən vandalizm və həqarətlərə məruz qalmış dini-mənəvi irsimizi – ümumislam əhəmiyyətli mədəniyyət abidələrimizi, məscid və ibadətgahlarımızı dirçəldir, bərpa edir, yenilərini inşa edir. Şeyxülislam A. Paşazadə vurğulayıb ki, məscidlərimizdə haram buyurulan heyvanlar saxlayan erməni işğalçılardan fərqli olaraq, Azərbaycan həm məscidlərimizi, həm də digər dinlərə məxsus məbədləri bərpa edir.

QMİ sədri fəxarətlə qeyd edib ki, bütün din mənsublarının mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı Azərbaycanda ardıcıl dövlət siyasəti şəklində həyata keçirilən, milli və bəşəri dəyərlərə istinadən dünyamıza sülh və multikultural dəyərləri təşviq edən, islami həmrəyliyə dəvət edən qlobal ideyalar nəinki ölkəmizin, bölgəmizin, habelə bütün bəşəriyyətin mənafeyinə xidmət edir. Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəllifi olduğu və ümumbəşəri əhəmiyyət kəsb edən bu təşəbbüslər sayəsində Azərbaycan dünyaya insan qardaşlığına xidmət edən ideyaları fəal təşviq edən mərkəzə çevrilib.

Şeyxülislam A. Paşazadə islami vəhdət ideyalarının bərqərar olması üçün qlobal insan həmrəyliyi ideyalarının, heç şübhəsiz, böyük önəm daşıdığına diqqəti çəkib. Bu baxımdan, Birləşmiş Ərəb Əmirliklərində Zati-müqəddəsləri Papa Fransisk həzrətləri ilə Əl-Əzharın Baş imamı Şeyx Əhməd əl-Tayyib həzrətlərinin himayəsi ilə yəhudilərin, xristianların və müsəlmanların dərin ehtiram bəslədiyi İbrahim Peyğəmbər müqəddəsliyinin nuru ətrafında İbrahimi dinlərin Evinin inşasını təqdirəlayiq hal kimi qiymətləndirib. O, tarixə Abu-Dabi Bəyannaməsi kimi həkk olunmuş dinlərarası dialoq və əməkdaşlığa dair İnsan Qardaşlığı sənədinin Birləşmiş Ərəb Əmirliklərində imzalanmasını dünya miqyasında qarşılıqlı anlaşma və sülh şəraitində dinc yanaşı yaşamaq amallarına ali xidmət adlandıraraq, Azərbaycanın bu dəyərli sənədi, onun məramlarını dəstəklədiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Çıxışının sonunda konfransın təşkilatçılarına təşəkkürlərimi bildirən şeyxülislam A. Paşazadə qardaş Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Zati-aliləri Şeyx Xəlifə bin Zayed əl-Nəhyan həzrətlərinə və vəliəhd şahzadə Əlahəzrət Şeyx Mühəmməd bin Zayed əl-Nəhyan həzrətlərinə xeyir-dualar diləyərək, nəinki İslam dünyası, bütün dünya üçün əhəmiyyət kəsb edən Əbu-Dabi konfransının İslam ümməti, bəşər ailəsi üçün xeyirlərə vəsilə olmasını Uca Allahdan dua edib.

Konfrans işini davam etdirir.

Paylaş:
261

Son xəbərlər

“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56
Bütün xəbərlər