Azərbaycanda narkotik dövriyəsinin ən çox qeydə alındığı şəhər açıqlanıb
Azərbaycan şəhər və rayonlarında ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ən çox fakt Sumqayıtda qeydə alınıb.
1news.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında qeyd edilib.
Bildirilib ki, 2021-ci il üzrə qanunsuz narkotik dövriyəsi ilə bağlı Sumqayıt şəhəri üzrə 587 fakt, Lənkəran üzrə 459 fakt qeydə alınıb.
Sumqayıtda ötən 339 nəfər, Lənkəranda isə 443 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
893