Regionlarda həkim çatışmazlığı ilə bağlı Dövlət Proqramı hazırlanır

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi regionlarda tibb işçilərinin çatışmazlığı məsələsini aradan qaldırmaq üçün xüsusi Dövlət Proqramı hazırlayır.
1news.az APA-ya istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
Onun sözlərinə görə, bu proqram çərçivəsində xüsusi mexanizmlər işlənib təklif olunacaq.
“Bununla da nəinki gənc, eləcə də peşəkar və təcrübəli tibb işçiləri regionlara gedib xidmət göstərəcək”, - nazir qeyd edib.
1news.az
235