Niderlanddan idxal olunan bibər toxumlarında virus aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Niderlanddan idxal olunan bibər toxumlarında virus aşkarlanıb

Qafar Ağayev14:56 - 11 / 05 / 2022
Niderlanddan idxal olunan bibər toxumlarında virus aşkarlanıb

Niderland Krallığından ölkəmizə idxal olunan, “Monsanto Hollan BV” şirkətinə məxsus bibər toxumuna keçirilən baxış zamanı götürülən nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında aparılan müayinələri nəticəsində məhsul partiyasında qonur qırışıqlıq virusu (“Tomato brown rugose fruit virus”) aşkar edilib.

Bu barədə 1news.az-a AQTA-dan xəbər verilib.

Bildirilib ki, faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 14.9 kq bibər toxumunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb və məhsul məhv edilib.

Həmçinin bu barədə istehsalçı ölkənin müvafiq qurumuna bildiriş göndərilib.

Paylaş:
306

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər