Aprel ayında xaricdə təhsil alan neçə nəfərin diplomu tanınmayıb? - STATİSTİKA
Aprel ayı üzrə 360 müraciətçinin 270-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 90 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən 1news.az-a verilən məlumata görə, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 42, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 25, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 13, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 128, Rusiya Federasiyasından 77, Ukraynadan 69, Gürcüstandan 23, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 15, digər ölkələrdən isə 48 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 39, iqtisadiyyat üzrə 30, biznesin idarə edilməsi 24, tibb 20, menecment üzrə 18 nəfər müraciətçi qeydə alınıb. Bildirilib ki, sənədlərə ortalama baxılma müddəti 22 gün təşkil edib.