Yasamalda körpüdə intihar etmək istəyən şəxs fikrindən daşındırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda körpüdə intihar etmək istəyən şəxs fikrindən daşındırılıb

Qafar Ağayev17:24 - 11 / 05 / 2022
Yasamalda körpüdə intihar etmək istəyən şəxs fikrindən daşındırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a bildirilib ki, müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Paylaş:
326

Son xəbərlər

Bütün xəbərlər