XİN-də diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti mərhələsi başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

XİN-də diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti mərhələsi başlayıb

Qafar Ağayev09:12 - 11 / 05 / 2022
XİN-də diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti mərhələsi başlayıb

10 may 2022-ci il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti (müsahibə) mərhələsi başlayıb.

XİN-dən 1news.az-a bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilmiş yazılı imtahan mərhələsini keçərək müsahibə mərhələsində iştirak üçün sənədlərini təqdim edən 105 namizədlə təşkil ediləcək müsahibə prosesi 27 may 2022-ci il tarixinədək davam edəcək.

Müsahibə mərhələsinin nəticələri müsahibə prosesi başa çatdıqdan sonrakı 10 gün ərzində açıqlanacaq.

Paylaş:
472

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər