Ağdamda əlində silah-sursat partlayan çoban ölüb - RƏSMİ

Mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi barədə məlumat daxil olub.
Ağdam rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə,aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah sursatın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
509