Milli Məclisin deputatları AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisin deputatları AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər

Qafar Ağayev10:41 - 12 / 05 / 2022
Milli Məclisin deputatları AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər

Mayın 13-də Fransanın Paris şəhərində AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, iclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətlərinin üzvü Nigar Arpadarai iştirak edəcəklər.

Tədbirdə “Rusiya və Ukrayna münaqişəsi nəticəsində regionda daxili və xarici miqrasiyaların humanitar nəticələri”, “Seçkiqabağı kompaniyalarda miqrasiya və sığınacaq məsələlərinin miqrantların qəbuluna və hüquqlarına təsiri” kimi mövzular müzakirə ediləcək, bir sıra təşkilati işlərə baxılacaqdır.

Bundan başqa Səməd Seyidov, həmçinin AŞPA-nın mayın 16-17-də keçiriləcək Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün Yunanıstanın Hanya şəhərində səfərdə olacaq.

İclasda “Yeni çağırışlar qarşısında Avropa təhlükəsizliyinin asimmetriyası”, “Şərqi Aralıq dənizində sülh və stabilliyin qorunması”, “Şərqi Balkanlar üçün Avropa perspektivinin dəstəklənməsi”, “Müxtəlifliyin və inklüzivliyin təşviqində siyasi partiyaların rolu: yeni irqçilikdə azad cəmiyyət xartiyası” kimi mövzularda, həmçinin beynəlxalq silahlı münaqişələr şəraitində Avropa Şurasının rolu ilə bağlı müxtəlif istiqamətlərdə müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Paylaş:
257

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər