DSMF-nin bu il əhaliyə ödədiyi vəsaitin məbləği açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DSMF-nin bu il əhaliyə ödədiyi vəsaitin məbləği açıqlanıb

Qafar Ağayev14:52 - 13 / 05 / 2022
DSMF-nin bu il əhaliyə ödədiyi vəsaitin məbləği açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2022-ci ilin yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 2 mlrd.188 mln. manat vəsait ödənilib.

Bu barədə 1news.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Bu da ötən ilin eyni dövrünə nisbətən 8 faiz və ya 162,5 mln. manat çoxdur.

Xatırladaq ki, sosial islahatların yeni mərhələsi kimi, cari ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin olunub.

Paylaş:
275

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər