Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub, ölən olmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

16:43 - 13 / 05 / 2022
Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 664 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 890 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 65 nəfərdir.

Ölkədə son sutka ərzində 2 658, hazırkı dövrədək isə 6 847 892 test aparılıb.

1news.az

Paylaş:
238

Son xəbərlər

Bütün xəbərlər