Qarabağ veteranlarına verilən müavinətin 202 manata qaldırılması təklif olunub
“Qarabağ müharibəsi veteranlarına verilən 80 manat müavinətin istehlak səbətinə uyğun olaraq 202 manata qaldırılmasına ehtiyac var”.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, bu addımın atılması zəruridir: “80 manat çox azdır”.
1news.az
415












