Ağdamda mina partlayıb, FHN-in kapitanı yaralanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda mina partlayıb, FHN-in kapitanı yaralanıb - FOTO

12:49 - 13 / 05 / 2022
Ağdamda mina partlayıb, FHN-in kapitanı yaralanıb - FOTO

Bu gün Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi, kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.

1news.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Məlumata görə, təcili olaraq həkim nəzarətinə götürülən yaralıya bütün lazımi tibbi yardım göstərilir.

1news.az

Paylaş:
408

Son xəbərlər

Bütün xəbərlər