Xırdalan bələdiyyəsi “Carlsberg Azerbaijan” ilə birgə elektron musiqi konserti keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalan bələdiyyəsi “Carlsberg Azerbaijan” ilə birgə elektron musiqi konserti keçirib - FOTO

12:54 - 14 / 05 / 2022
Xırdalan bələdiyyəsi “Carlsberg Azerbaijan” ilə birgə elektron musiqi konserti keçirib - FOTO

Xırdalan bələdiyyəsinin Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin və Göte İnstitutunun dəstəyi ilə həyata keçirdiyi "EU4Culture" - Şərq Tərəfdaşlığı ölkələrində Mədəni İnkişaf Strategiyalarının Hazırlanmasında qeyri-paytaxt şəhər və rayonlara dəstək layihəsi çərçivəsində ölkəmizin ən böyük pivə istehsalçısı olan “Carlsberg Azerbaijan” ilə birgə zavodun istehsalat sexində elektron musiqi konserti keçirilib.

Konsertdə Abşeron rayonu sakini olan gənc tarzən, bəstəkar və elektron musiqi prodüseri İbrahim Babayev yenicə işiq üzü görən “VİBrant” adlı albomunu canlı ifada təqdim edib. Konsert iştirakçıların böyük marağı ilə qarşılanıb.

Bu konsert bir neçə cəhətdən ölkəmiz üçün ilk sayılır: Sənaye müəssisəsində elektron musiqi konsertinin təşkili;
Elektron musiqinin tarla sintezinin canlı və ictimai təqdimatı;
Biznes qurumunun innovativ mədəniyyət hadisəsinə ev sahibliyi etməsi.

Konsertdə çıxış edən “Carlsberg Azerbaijan”ın baş direktoru Alius Antulis cəmiyət üçün aktual olan ictimai və mədəni tədbirlərə böyük maraq göstərdiklərini bildirib. O, “Carlsberg Group”un bir hissəsi olan “Carlsberg Azerbaijan”ın bu konsertə ev sahibliyi etməsinin təsadüfi olmadığını, müəssisələrinin fəaliyyət göstərdiyi ərazilərdə elm və incəsənətə daim dəstək göstərdiklərini bildirib.

Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev bu konsertin şəhər ərazisində yerləşən sənaye müəssisəsinin yerli icma, yerli özünüidarəetmə qurumu və QHT-lərlə birgə mədəni fəaliyyətə cəlb olunması, şəhərin daha zəngin və rəngarəng mədəni panormasını yaratmaq məqsədi ilə atılan ilk addım olduğunu deyib.
O. Musayev gələcəkdə şəhərin müxtəlif sənaye məkanlarında, eyni zamanda Xırdalanda açıq havada olan ictimai məkanlarda elektron musiqi festivalının təşkilinin nəzərdə tutulduğunu bildirib.

Layihənin eksperti, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov konsert proqramı haqqında məlumat verib və bu tədbirin Xırdalanda fəaliyyət göstərən digər sənaye müəssisələrinə Korporativ Sosial Məsuliyyət (“Corporate Social Responsibility”) sahəsində əməkdaşlıqla bağlı çağırış kimi də dəyərləndirilə biləcəyinu vurğulayıb.

Reklam hüququnda

Paylaş:
836

Son xəbərlər

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ - VİDEO17 / 04 / 2024, 14:26BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib17 / 04 / 2024, 14:15BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO17 / 04 / 2024, 14:08ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO17 / 04 / 2024, 13:59
Bütün xəbərlər