Bərdədə yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb - FOTO

13:45 - 16 / 05 / 2022
Bərdədə yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb - FOTO

Bərdədə yol nəqliyyat hadisəsi baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Hindarx-Borsunlu yolunda, rayonun İmirli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ 2106" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ"-da olan 1952-ci il təvəllüdlü Qarayev Ələmdar Əkbər oğlu, onun qardaşı, 1961-ci il təvəllüdlü Qarayev Rəhbər Əkbər oğlu və onun həyat yoldaşı 1964-cü il təvəllüdlü Qarayeva Lətafət Yunis qızı xəsarət alaraq Ağdam Mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
241

Son xəbərlər

Bütün xəbərlər