Pakistan Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib | 1news.az | Xəbərlər
Cəmiyyət

Pakistan Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib

Qafar Ağayev14:43 - 16 / 05 / 2022
Pakistan Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək üçün Mayın 16-da Azərbaycana səfərə gəlib.

1news.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Raca Pərviz Əşrəfin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistan Milli Assambleyasının sədrini Azərbaycan ı Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Mahir Abbaszadə və digər rəsmi şəxslər qarşılayıblar.

Paylaş:
279

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər