Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb

Qafar Ağayev15:30 - 16 / 05 / 2022
Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, mayın 9-dan 14-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 183, tank əleyhinə 59 mina və 493 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 399 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Paylaş:
278

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər