Atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib - VİDEO

Qafar Ağayev17:18 - 16 / 05 / 2022
Atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib - VİDEO

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının N hərbi hissəsində atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları yerinə yetirilib.

Müdafiə Nazirliyindən 1news.az-a bildirilib ki çalışmalara cəlb olunan heyətə təhlükəsizlik qaydaları və atışın şərtləri çatdırılıb.

Atışdan əvvəl atəş hazırlığı üzrə normativlər yerinə yetirilib.

Hərbi qulluqçular əvvəlcədən hazırlanmış mövqedən hədəfə yerindən atəş açmaq üzrə tapşırıqları uğurla icra ediblər.

Təlim prosesi Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla həyata keçirilib.

Paylaş:
500

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər