3 nəfərin ölümünə səbəb olan yük avtomobilin sürücüsünün istintaqı başa çatıb
Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Əliyev Eynulla Xeyrulla oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
1news.az APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Məhəmməd Əkbərovun icraatına verilib.
Qeyd edək ki, hadisə martın 15-də paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü, İran vətəndaşı Pormehrəli Hüseyn İsmiəli oğlunun idarə etdiyi "Hovo" markalı yük avtomobili ilə Əliyev Eynulla Xeyrulla oğlunun idarə etdiyi "QAZ A65R32-80” mikroavtobus markalı avtomobil toqquşub. Nəticədə mikroavtobusun sərnişinləri - 2001-ci il təvəllüdlü Qəribov Babaşah Ağaşah oğlu, 1984-cü il təvəllüdlü Zeynalov Qayıb Nizami oğlu və 1987-ci il təvəllüdlü Qaraşov Məhəmməd Zakir oğlu hadisə yerində ölüb.