Bakıda qətl törədən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qətl törədən şəxs tutulub

Qafar Ağayev09:41 - 17 / 05 / 2022
Bakıda qətl törədən şəxs tutulub

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Nərimanov rayon Prokurorluğundan 1news.az-a verilən xəbərə görə, mayın 6-ı saat 11 radələrində Nərimanov rayonu, Atatürk prospektində yerləşən mənzildə 1986-cı il təvəllüdlü Şamil Əliyevin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan və çürüməyə məruz qalmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Toplanmış ilkin sübutlar nəticəsində cinayət əməlininin 1989-cu ildə Bakı şəhərində anadan olmuş Emil Ağayev tərəfindən 23 aprel 2022-ci il tarixdə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Emil Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Paylaş:
243

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər