Azərbaycanda itləri kütləvi şəkildə öldürdülər - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda itləri kütləvi şəkildə öldürdülər - VİDEO

17:30 - 18 / 05 / 2022
Azərbaycanda itləri kütləvi şəkildə öldürdülər - VİDEO

Bərdə rayonunda küçə itlərini kütləvi şəkildə öldürüblər.

1news.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Görüntülərin Bərdə rayonu 866-cı qəsəbədə çəkildiyi bildirilir. Şikayətçi iddia edir ki, itləri öldürməyi icra başçısı göstəriş verib, öldürə bilmədikləri itləri isə zəhərləyiblər.

Onlar polisə müraciət etdiklərini, çox kobud cavab aldıqlarını bildiriblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, Bərdə rayonunda heyvanların öldürülməsi ilə bağlı rayon polis şöbəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Ətraflı videonu təqdim edirik:

1news.az

Paylaş:
250

Son xəbərlər

Bütün xəbərlər