Təmir sexindən oğurladığı avtomobili qardaşına hədiyyə etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Təmir sexindən oğurladığı avtomobili qardaşına hədiyyə etdi

Qafar Ağayev12:20 - 18 / 05 / 2022
Təmir sexindən oğurladığı avtomobili qardaşına hədiyyə etdi

Bakıda keçmiş məhkum avtomobil qaçıraraq qardaşına hədiyyə edib.

DİN-in Mətbuat xidmətindən1news.az-a verilən məlumata görə, oğurluq Biləcəri qəsəbəsindəki avtomobil təmiri sexində baş verib.

Polis Bölməsinə sexdən Sumqayıt sakini Y.Əliyevə məxsus “Hyundai” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Gəncə sakini Səfyar Qafarov tərəfindən Yeni Gəncə qəsəbəsində idarə edilərkən saxlanılıb. Araşdırmalarla maşının onun qardaşı, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Nicat Bayramov tərəfindən qaçırılması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş:
261

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər