Bakıda baş redaktor intihara cəhd etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda baş redaktor intihara cəhd etdi

S.Xankişiyeva09:48 - 19 / 05 / 2022
Bakıda baş redaktor intihara cəhd etdi

Bakıda jurnalist intihara cəhd edib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib. O, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Trend-in sorğusuna cavab olaraq bildirib ki, jurnalist ağır vəziyyətdə şöbəyə yerləşdirilib.

"Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda şöbədə müalicəsi davam etdirilir, vəziyyəti kafi qiymətlənidirilir", - E.Hidayətoğlu bildirib.

Xatırladaq ki, N.Şərəfxanlı "Cumhuriyyet.az" saytının rəhbəridir.

Paylaş:
382

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər