Bakıda məktəbdə şagird şagirdi bıçaqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda məktəbdə şagird şagirdi bıçaqlayıb

12:01 - 19 / 05 / 2022
Bakıda məktəbdə şagird şagirdi bıçaqlayıb

Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə şagirdlərin bir-birini bıçaqlaması barədə yayılan xəbərə aydınlıq gətirilib.

Məktəbdən APA-ya verilən açıqlamaya görə, VIIIa sinif şagirdinə (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) sanitar qovşaqda IXb sinif şagirdi tərəfindən ayaq və qol nahiyəsindən kəsici alətlə xəsarət yetirilib.

Dərhal təcili tibbi yardıma və polisə məlumat verilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
201

Son xəbərlər

Bütün xəbərlər