Doktorantura və dissertantura imtahanlarına dair yeni tələblər açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Doktorantura və dissertantura imtahanlarına dair yeni tələblər açıqlanıb

17:05 - 19 / 05 / 2022
Doktorantura və dissertantura imtahanlarına dair yeni tələblər açıqlanıb

Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının yazı blokuna qoyulan tələblər açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı vermək istəyən namizəd (doktoranturaya qəbul olmaq istəyən şəxslər) və iddiaçılar (artıq doktoranturaya qəbul olmuş şəxslər) xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatını, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin bütün növləri üzrə kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq vərdişləri əhatə olunmaqla nümayiş etdirməlidirlər.

Yazı bloku üzrə tapşırıq nümunəsi imtahanın istiqamətindən asılı olaraq dəyişir. Belə ki, xarici dil üzrə qəbul imtahanı üçün qeydiyyatdan keçmiş namizədlərdən esse (fikir bildirmə, mühakimə xarakterli və s.) yazmaq tələb olunur.

Esse yazarkən namizədlərə qoyulan tələblər bunlardır:

Esse seçilmiş xarici dildə olub mövzunun adına uyğun işlənməli;

Tərkib hissələri (giriş, əsas hissə (bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;

Həcmi 200-250 söz olmalı;

Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;

Üslubu publisistik olmalı;

Essenin mövzusu dolğun şəkildə şərh edilib, əhatə olunmalı;

Neytrallıq qorunmaqla mövzu ilə bağlı müstəqil fikir yürüdülməli;

Fikirlərin əsaslandırılması üçün müxtəlif sübutedici mənbələrdən yerli-yerində istifadə edilməli;

Akademik yazı qaydalarına əməl edilməlidir.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında isə iddiaçılardan vizual məlumatın (məsələn, cədvəl, diaqram (xətti, dairəvi diaqram) və s) təsvirini vermək tələb olunur.

Vizual məlumatı təsvir edən zaman iddiaçılara qoyulan tələblər bunlardır:

Vizual məlumatın təsviri seçilmiş xarici dildə olub vizual məlumata uyğun olmalı;

Tərkib hissələri (giriş, əsas hissə (xülasə və detalları əhatə etməklə bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;

Həcmi 150-180 söz olmalı;

Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;

Elmi-publisistik üslubda olmalı;

Vizual təsvir əsas məqamlara toxunulmaqla əhatəli olunmalı;

Vizual məlumat analiz olunaraq düzgün şərh edilməli və müqayisələr aparılmalı;

Neytrallıq qorunmalı, şəxsi fikirlərə yol verilməməli;

Vizual məlumatın təsvirində tərkib hissələri və fikirlər arasında məntiqi rabitə gözlənilməli;

Vizual məlumat mövzuya uyğun zəngin söz ehtiyatı ilə təsvir olunmalı;

Akademik yazı qaydalarına əməl edilməlidir.

1news.az

Paylaş:
81

Son xəbərlər

Nəqliyyat vasitəsində gizlədilən külli miqdarda dərman vasitələri aşkarlandı - FOTOBu gün, 14:25Bugünkü imtahandan 6 nəfərdə mobil telefona görə xaric olunubBu gün, 14:20Qazaxıstanda neft yatağında partlayış olub, 2 nəfər ölübBu gün, 14:10“N” hərbi hissəsində Silah təmiri sexi fəaliyyətə başlayıb - FOTO - VİDEOBu gün, 14:10Prezident Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olubBu gün, 14:05Türkiyə ordusu iki günə 40 terrorçu məhv edibBu gün, 13:56Azər Türk Bankın aktivləri 80% artıbBu gün, 13:27Roza Zərgərlinin oğluna niyə ev verilib? - RƏSMİ AÇIQLAMABu gün, 13:25Komitə sədri Şuşa haqqında kitab yazan alman alimlə görüşübBu gün, 13:22İranın Milli Təhlükəsizlik Şurasının katibi Ermənistana gedirBu gün, 13:20Milli Məclisin iclasının gündəliyi dəyişib - SİYAHIBu gün, 13:12Bakıda tiryəkxana təşkil edən 9 nəfər tutuldu - VİDEO - FOTOBu gün, 13:04Məhsul qiymətlərində hansı dəyişikliklər olub? – “Veysəloğlu”dan aylıq AÇIQLAMABu gün, 12:39Sabahın hava proqnozu açıqlanıbBu gün, 12:37Müəllimlərin işə qəbulu və sertifikasiya ilə bağlı XƏBƏRDARLIQBu gün, 12:24Şəkidə avtoservis yanıb- YENİLƏNİBBu gün, 12:22Bakıda evdən çürümüş meyit tapıldıBu gün, 12:21ABB-dən hər kəsə sərfəli kreditBu gün, 12:00Metroya çəkiclə girərək cinsi azlıqları hədələyən şəxsi hansı cəza gözləyir?Bu gün, 11:54Bu gün ölkədə narkotik istifadəçilərinin sayı rəsmi qeydiyyatda olanlardan çoxdur - DİNBu gün, 11:49
Bütün xəbərlər

Next TV