“Azərbaycanfilm” Kinostudiyasında yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycanfilm” Kinostudiyasında yanğın olub

Qafar Ağayev14:27 - 20 / 05 / 2022
“Azərbaycanfilm” Kinostudiyasında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində yerləşən üçmərtəbəli inzibati binada yanğın olması barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Paylaş:
272

Son xəbərlər

Bütün xəbərlər