LU-MUN Holdinq sahibkarlığa dəstək layihəsini davam etdirir – FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

LU-MUN Holdinq sahibkarlığa dəstək layihəsini davam etdirir – FOTO - VİDEO

10:10 - 20 / 05 / 2022
LU-MUN Holdinq sahibkarlığa dəstək layihəsini davam etdirir – FOTO - VİDEO

Azərbaycanın Qarabağ münaqişəsində qazandığı zəfərlə, iqtisadiyyatın bərpası, işğaldan azad edilmiş torpaqların inkişafı və bölgələrdə kiçik təsərrüfatlara dəstək məsələləri hər zamankından daha aktualdır.

Ağır iqtisadi vəziyyət, pandemiya və Ukraynadakı münaqişə fonunda bütün bu vəzifələrin həyata keçirilməsi getdikcə aktuallaşır və təcili praktik həllər tələb edir. 2020-ci ilin may ayından etibarən “Azerbaijan Organic Company” MMC (LU-MUN Holding) “Growing Donation (Artan ianə)” layihəsinə başlayıb.

Layihənin məqsədi vətəndaşlara dəstək olmaq, onların maddi rifahını yaxşılaşdırmaq, bölgələrdə məskunlaşan aztəminatlı ailələri və tək yaşayan qadınları dəstəkləmək, dayanıqlı gəlir əldə edə bilmələri üçün müvafiq bacarıqlarını inkişaf etdirməkdir.

Bu günə qədər Masallı və Balakən bölgələrindən 28 nəfər bu proqramdan faydalana bilib. Onlar “Azerbaijan Organic Company” şirkəti tərəfindən "Başlanğıc paketi" ilə təmin ediliblər. Hər paket 10 arı yeşiyi və arı ailələri, medaqon, qoruyucu kostyum və digər lazımi avadanlıqlardan ibarətdir. Təcrübəli arıçılar tərəfindən həyata keçiriləcək təlimlər sayəsində layihə iştirakçıları bilik və bacarıqlarını inkişaf etdirə biləcəklər. Şübhəsiz ki, belə birlik işlərinin qurulmasına və zaman keçdikcə sabit gəlir əldə edilməsinə kömək etməlidir. Bu dəstəklə iştirakçıların öhdəsinə düşən yalnız əsas hədəfə diqqət yetirmək və addım-addım ona doğru irəliləməkdir. Monitorinq zamanı ötənilki layihə iştirakçıları arasında arı ailələrinin sayında 3 dəfə artım aşkar edilmiş, kifayət qədər miqdarda bal toplanmış, yaxşı satış nəticələri göstərilmiş, proqram iştirakçılarından müsbət rəylər alınmışdır.

Şirkət orqanik bal və digər arıçılıq məhsulları almaqla kiçik arı biznesi sahiblərini maddi cəhətdən stimullaşdırır. “Azerbaijan Organic Company” şirkətinin qarşısında duran vəzifələrdən biri arıçılıq və fermer təsərrüfatı ilə məşğul olan sahibkarlara fəaliyyətlərinin istənilən mərhələsində diqqət nümayiş etdirmək, onların inamla inkişaf edib, maliyyə problemlərini həll etmələrindən əmin olmaqdır.

Layihə biznesi dəstəkləməklə yanaşı, ekoloji vacib funksiyanı - Azərbaycanda bioloji müxtəlifliyin qorunmasını da həyata keçirir. Hər birimiz ekologiyanın yaxşılaşdırılmasına və planetimizi hər gün xilas etməyə şəxsi töhfə veririk. Bu məsələdə arıçılıq əsas rol oynayır, çünki planetimizdə kənd təsərrüfatı məhsullarının 75% -dən çoxunun bu və ya digər dərəcədə tozlanması birbaşa arılardan asılıdır. Onların sayında azalma və müəyyən növlərin ölümü qaçılmaz olaraq faciəli nəticələrə səbəb ola bilər. Bu layihə çərçivəsində bu günə qədər 2 milyona yaxın arı artırılaraq təbiətə buraxılıb.

LU-MUN Holding olaraq missiyamız– insanların həyat keyfiyyətini artırmaq və təbiət ilə vəhdət şəklində milli sərvətləri formalaşdırmaq, dirçəltməkdir. Ölkəmizin hər bir sakininin qabiliyyət və bacarıqlarının inkişafına, təhsil almasına kömək etmək istəyən, yaradıb-yaşatmaq arzusu ilə xeyirxahlıq edənləri komandamızda görməkdən məmnun qalarıq. Korporativ Sosial Məsuliyyətin (KSM) nəzdində yeni layihələr hazırlayaraq cəmiyyətin inkişafına və Azərbaycanda həyat keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli təsir göstərə biləcəyimizə inanırıq.

Bu və digər təşəbbüslərə tərəfdaş kimi qoşulmaq istəyənlər [email protected] ünvanına yaza bilərlər. Digər layihələrimiz haqqında daha ətraflı məlumatı www.csr.lmh.az saytından əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
338

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər