Bakıda ümumşəhər daxili iməcliyi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ümumşəhər daxili iməcliyi keçirilib – FOTO

S.Xankişiyeva12:14 - 21 / 05 / 2022
Bakıda ümumşəhər daxili iməcliyi keçirilib – FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qərarına uyğun olaraq yaz mövsümü ilə əlaqədar may ayının 21-də Bakı şəhərinin ərazisində təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməcliyi keçirilib.

Qurumdan 1news.az-a bildirilib ki, son günlərdə Bakı şəhərində bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilib, paytaxtımıza çox sayda xarici ölkələrdən mötəbər qonaqlar gəlib, eləcə də xarici turistlərin sayı xeyli artıb. Həmçinin havaların xoş keçməsi ilə əlaqədar paytaxt sakinləri kütləvi şəkildə park və istirahət yerlərinə dincəlməyə gəlirlər. Buna görə də şəhərin təmizliyi, burada yaşıllıqların vəziyyətinə diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir.

Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməclik paytaxtın bütün rayonlarını əhatə edib. İməclik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.

İməclikdə prospekt və küçələr boyunca yerləşən ictima-iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman yaradılması işlərində fəallıq göstəriblər. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməclikdə yaxından iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağacların qurumuş budaqları budanıb. Mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, rəngbərəng güllərdən yaraşıqlı kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.

Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

Bildirilib ki, şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir. Bu kimi təmizlik və abadlıq işləri, yeni yaşıllıqların salınması paytaxtımız Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olacaqdır.

Paylaş:
337

Son xəbərlər

Şamaxıda narkokuryer tutuldu26 / 07 / 2024, 17:48MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək26 / 07 / 2024, 17:40Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib26 / 07 / 2024, 17:27Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub26 / 07 / 2024, 17:24AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı26 / 07 / 2024, 17:08Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib26 / 07 / 2024, 17:05PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO26 / 07 / 2024, 17:00Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb26 / 07 / 2024, 16:49Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiqləndi26 / 07 / 2024, 16:41Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur - FOTO26 / 07 / 2024, 16:37Şimşək, yağış, 33 dərəcə isti - Faktiki hava26 / 07 / 2024, 16:29Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib26 / 07 / 2024, 16:23İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib26 / 07 / 2024, 16:15Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləkli hava şəraiti və sel təhlükəsi ilə bağlı çağırış edib26 / 07 / 2024, 16:01Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir26 / 07 / 2024, 15:53Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb26 / 07 / 2024, 15:45Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya26 / 07 / 2024, 14:38SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi26 / 07 / 2024, 14:35Mərkəzi Bank “Naxçıvanbank”da hesabı olanlara müraciət etdi26 / 07 / 2024, 14:29Qaxda Kürmükçaydan sel keçir26 / 07 / 2024, 14:26
Bütün xəbərlər