Son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı - STATİSTİKA

16:40 - 23 / 05 / 2022
Son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı - STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, müalicə olunamlar arasında sağalan olmayıb.

1news.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 714 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 957 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir.

Ölkədə son sutka ərzində 1 842, hazırkı dövrədək isə 6 874 348 test aparılıb.

1news.az

Paylaş:
419

Son xəbərlər

Bütün xəbərlər