Nazirlik: Bakıda təyyarə və vertolyotların sınaq uçuşları keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: Bakıda təyyarə və vertolyotların sınaq uçuşları keçirilir

Qafar Ağayev11:01 - 24 / 05 / 2022
Nazirlik: Bakıda təyyarə və vertolyotların sınaq uçuşları keçirilir

“TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində təyyarə və vertolyotların sınaq uçuşları keçirilir.

1news.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

"İctimaiyyətin diqqətinə çatdırırıq ki, festivala hazırlıq çərçivəsində Dənizkənarı bulvar ərazisində təyyarələrin və vertolyotların sınaq uçuşları həyata keçirilir. Sözügedən uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək. Hər birinizi 26 – 29 mayda dünyanın ən böyük texnologiya tədbiri – “TEKNOFEST”də iştiraka dəvət edirik" - deyə, məlumatda bildirilir.

Qeyd edək ki, 26 – 29 mayda Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək.

Paylaş:
248

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər