“TEKNOFEST Azərbaycan” çərçivəsində “Smart Qarabağ” Hakatonuna start verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

“TEKNOFEST Azərbaycan” çərçivəsində “Smart Qarabağ” Hakatonuna start verildi

Qafar Ağayev14:58 - 25 / 05 / 2022
“TEKNOFEST Azərbaycan” çərçivəsində “Smart Qarabağ” Hakatonuna start verildi

Azərbaycan və Türkiyədən ümumilikdə 30 komanda final mərhələsinə vəsiqə qazanaraq mübarizəyə başlayır.

1news.az xəbər verir ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26-29 mayda Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Smart Qarabağ” Hakatonu təşkil olunur. Azərbaycan və Türkiyə təmsilçilərindən ibarət 30 komanda finalda mübarizə aparmaq hüququ qazanaraq işğaldan azad olunmuş Qarabağın normal regiona transformasiyası istiqamətində “Ağıllı həllər” təklif edəcəklər.

“AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov iştirakçıları salamlayaraq “Smart Qarabağ” Hakatonunun əhəmiyyəti barədə ətraflı məlumat verib.

Elxan Əzizov bildirib ki, bu hakatonun keçirilməsində əsas məqsəd işğaldan azad edilmiş Azərbaycan ərazilərində “Ağıllı şəhər” həllərinin tətbiq edilməsi, bu ərazilərin rahat, qənaətcil, ekoloji təmiz regiona transformasiyası, sakinlər və sahibkarlar üçün münbit ekosistemin yaradılması və kənd təsərrüfatı üçün daha səmərəli şəraitin qurulmasına töhfə verməkdir.

Qeyd edilib ki, hakatonun finalçıları arasında 20 Azərbaycan və 10 Türkiyə komandası mübarizə aparır. Hər bir komandaya hakatonun anbarında mövcud olan avadanlıqların və proqramların spesifikasiyası təqdim olunub və fasiləsiz olaraq 50 saat davam edəcək marafona start verilib.

Finalçılar iş prosesində əşyaların interneti (Internet of things), tətbiqi proqramlaşdırma interfeysi (Application Programming Interface), süni intellekt (Artificial Intelligence), bulud hesablama xidmətləri (Cloud Computing Services), idarəetmə panelləri (Dashboards), maşın öyrənməsi (Machine Learning), maşınlararası qarşılıqlı əlaqə (Machine-to-Machine Communications), “Mesh” şəbəkələr (Mesh Networks) və digər texnologiyaların üstünlüklərindən faydalanırlar.

Paylaş:
309

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər