Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi pilot layihənin icrasına başladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi pilot layihənin icrasına başladı

Qafar Ağayev10:33 - 25 / 05 / 2022
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi pilot layihənin icrasına başladı

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə Azərbaycanda insanın immunçatışmazlığı virusunun (İİV) təmasdan öncə profilaktikası (TÖP - PrEP) adlı pilot layihənin icrasına başladı.

Səhiyyə Nazirliyindən 1news.az-a verilən məlumata görə, bununla əlaqədar İİV-ə yoluxmağa həsas əhali qrup nümayəndələri arasında profilaktik işlər aparan qeyri-hökümət təşkilatlarının əməkdaşlarına təlim təşkil edilib. Məqsəd risk qrupuna aid şəxslərdə İİV-in yayılma səviyyəsinin və QİÇS-lə bağlı ölüm hallarının azaldılmasıdır.

Bu yeni metod riskli təmaslar zamanı İİV-ə yoluxmanın qarşısını almaqdan ötrü sağlam insanlar tərəfindən antiretroviruslu dərman vasitələrindən istifadəni nəzərdə tutur.

İştirakçılara İİV/QİÇS-in yoluxma yolları, yayılması, profilaktik proqramların vacibliyi barədə məlumat verilir, dünyada və Azərbaycandakı mövcud epidemioloji vəziyyət təhlil edilir, hədəfə çatmaq üçün görüləcək işlər müzakirə olunur.

Paylaş:
312

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər