Müstəqillik Günü münasibətilə “Cümhuriyyət xatirələri” kitabı nəşr edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Müstəqillik Günü münasibətilə “Cümhuriyyət xatirələri” kitabı nəşr edildi

S.Xankişiyeva15:55 - 27 / 05 / 2022
Müstəqillik Günü münasibətilə “Cümhuriyyət xatirələri” kitabı nəşr edildi

“Nar” 28 May Müstəqillik Günü ərəfəsində araşdırmaçı-yazar Dilqəm Əhmədin tərtib etdiyi “Cümhuriyyət Xatirələri” kitabını nəşr etdi.

Müstəqillik günü münasibətilə nəşr olunan kitab Cümhuriyyət dövrünün ictimai-siyasi xadimlərinin yazılarının toplusudur.

Kitabda azərbaycanlı və türkiyəli ictimai-siyasi xadimlərin Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu, ordusu və işğal dövrü ilə bağlı yazıları yer alır. Eləcə də, tariximizin görkəmli şəxsiyyətlərinin müraciətləri, tərcümeyi-halları və fotoşəkilləri də oxuculara təqdim olunur. Əhatə etdiyi mövzuların əhəmiyyəti nəzərə alınaraq, ADA Universitetində müəllif Dilqəm Əhmədin iştirakı ilə “Cümhuriyyət Xatirələri” kitabının müzakirəsi də təşkil edilib.

Həmçinin, kitaba olan marağı nəzərə alaraq, “Nar”ın sosial media səhifələrində müsabiqə keçirilir: Milli tariximizlə bağlı təqdim olunan suallara cavab verən sosial şəbəkə istifadəçilərinə “Nar” Cümhuriyyət Xatirələri” kitabını hədiyyə edir.

Kitabın daha çox insana çatması və ələxsus görmə məhdudiyyətli şəxslər üçün də əlçatan olması məqsədilə, 28 may tarixindən etibarən “Cümhuriyyət Xatirələri” kitabını “Canlı Kitab” “YouTube” kanalında da dinləmək mümkün olacaq.

“Nar” ölkəmizdə və xaricdə yaşayan hər bir azərbaycanlını əziz bayramımız münasibətilə təbrik edir və milli dövlətçiliyimizin əbədi davam etməsini diləyir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

Reklam hüququnda

Paylaş:
332

Son xəbərlər

Azərbaycanda 7 ayda uyğunluğu qiymətləndirən 32 qurum akkreditasiya edilib18 / 09 / 2024, 17:49Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib18 / 09 / 2024, 17:43Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək18 / 09 / 2024, 17:42QDF-lə TƏBİB arasında əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO18 / 09 / 2024, 17:37“ADEX” sərgisi 5 illik yubileyini qeyd edir - FOTO18 / 09 / 2024, 17:29Şəmkir sakini ağacdan yıxılaraq ölüb18 / 09 / 2024, 17:10Ceyhun Bayramov: Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır18 / 09 / 2024, 17:03Bakıda daha bir yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq18 / 09 / 2024, 16:26Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb18 / 09 / 2024, 16:23Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib - FOTO18 / 09 / 2024, 16:05Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub18 / 09 / 2024, 15:50Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə çağırış edilib18 / 09 / 2024, 15:43Allahşükür Paşazadə sabah Rusiyaya gedəcək18 / 09 / 2024, 15:09Hikmət Hacıyev: İşğal dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıb18 / 09 / 2024, 14:57Bal yarmarkasında satışa ən çox cökə balı çıxarılıb18 / 09 / 2024, 14:53Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildi18 / 09 / 2024, 14:24Kütləvi davada tələbə 5 xəncər zərbəsi alıb18 / 09 / 2024, 14:07“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilib18 / 09 / 2024, 13:37Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşib18 / 09 / 2024, 13:16Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib - Baş nazir qərar imzaladı18 / 09 / 2024, 13:12
Bütün xəbərlər