Romada yüksək səviyyəli qonaqların iştirakı ilə Müstəqillik Günü və Azərbaycan-İtaliya diplomatik münasibətlərinin 30 illiyi qeyd olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Romada yüksək səviyyəli qonaqların iştirakı ilə Müstəqillik Günü və Azərbaycan-İtaliya diplomatik münasibətlərinin 30 illiyi qeyd olunub - FOTO

18:19 - 27 / 05 / 2022
Romada yüksək səviyyəli qonaqların iştirakı ilə Müstəqillik Günü və Azərbaycan-İtaliya diplomatik münasibətlərinin 30 illiyi qeyd olunub - FOTO

Azərbaycanın İtaliyadakı Səfirliyi Müstəqillik Günü və Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı Romanın The Westin Excelsior mehmanxanasında rəsmi qəbul təşkil edib.

Qəbulda İtaliya tərəfdən əsas qonaq qismində İtaliya Respublikasının dövlət iyerarxiyasında ən yüksək ikinci vəzifə olan Senatın Sədri Maria Elisabetta Kasellati iştirak edib. Tədbirdə, habelə İtaliya Respublikası Deputatlar Palatasının Sədr müavini, “Yaşayan İtaliya” partiyasının sədri Ettore Rosato, Bərabər İmkanlar və Ailə Məsələləri üzrə Nazir Elena Bonetti də iştirak ediblər. Qəbula İtaliya Parlamentinin çoxsaylı senator və deputatları, komissiya sədrləri, Avropa Parlamentinin İtaliyadan olan üzvləri, müxtəlif dövlət qurumlarının nümayəndələri, Romada akkreditə olunan diplomatik korpusun təmsilçiləri, işgüzar, mədəniyyət, akademik çevrələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycan icmasının üzvləri qatılıblar.

İki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edib. Diplomat Müstəqillik Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən danışıb, 104 il öncə 1918-ci ilin 28 may tarixində müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda demokratik və dünyəvi dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını qeyd edib. Diplomat dövlət müstəqilliyinin bərpasının ilk illərində Azərbaycanın üzləşdiyi çətin problemlərdən danışıb, müasir Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə dövlət institutlarının əsasının qoyulduğunu, dövlətçiliyin və müstəqilliyin möhkəmləndiyini, Prezident İlham Əliyevin strateji xəttinin Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdiyini və ölkəmizi regionun lider dövlətinə çevirdiyini bildirib. 2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu və bölgədə davamlı sülhün bərqərar olması üçün perspektivlərin açıldığını deyib.

M.Əhmədzadə çıxışında Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində əlaqələrimizdə çoxölçülü strateji tərəfdaşlıq kimi yüksək səviyyənin əldə edildiyi və bu xüsusda, son illərdə İtaliya Respublikasının Prezidenti cənab Sercio Mattarellanın Azərbaycana, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfərlərinin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın İtaliyaya, İtaliya Respublikası Senatının Sədri xanım Maria Elisabetta Alberti Kasellatinin Azərbaycana rəsmi səfərlərinin əhəmiyyətindən bəhs edib. “Bu gün münasibətlərimizdə çoxölçülü strateji tərəfdaşlıq kimi yüksək səviyyəyə nail olmuşuq. İnstitusional səviyyədə mükəmməl əlaqələr, iqtisadi səviyyədə güclü əməkdaşlıq, mədəniyyət və akademik sahələrdə əla təmaslar var. 30 il ərzində münasibətlərimizdə qurduğumuz möhkəm əsaslar tərəfdaşlığımızın möhtəşəm gələcəyindən xəbər verir”, deyə diplomat bildirib, habelə əlavə edib ki, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri enerji təhlükəsizliyində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, ölkələrimizi fiziki olaraq birləşdirir və mükəmməl tərəfdaşlığımızın göstəricisidir. Diplomat iki ölkə arasında möhkəm dostluğun bariz nümunəsi olaraq Vətən müharibəsindən dərhal sonra ölkəmizə və işğaldan azad olunmuş ərazilərimizə Qərb ölkələrindən ilk hökumət və parlament nümayəndə heyətlərinin məhz İtaliyadan gəldiyini xatırladıb.

Sonra İtaliya tərəfdən Deputatlar Palatasının Sədr müavini Ettore Rosato çıxış edib. O bildirib ki, bu gün Roma ilə Bakı arasında imtiyazlı münasibətlər var və İtaliya-Azərbaycan tərəfdaşlığı bütün sahələrdə inkişaf üçün davamlı imkanlar yaradır. Sədr müavini Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, humanitar sahələrdə güclü əlaqələrdən bəhs edərək Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasından danışıb, bu təşəbbüsü iki ölkə arasında gələcək əməkdaşlığın əsas sütunlarından biri kimi xarakterizə edib. Ərazi bütövlüyünə təhdidin nə demək olduğunu Azərbaycanın yaxşı bildiyini vurğulayan Deputatlar Palatasının Sədr müavini, bu xüsusda 2020-ci ilin dekabrında müharibədən dərhal sonra özünün rəhbərliyi ilə Qərb ölkələrindən ilk olaraq İtaliya parlament heyətinin ölkəmizin azad edilmiş ərazilərinə etdiyi səfərin təəssüratları ilə bölüşüb, bölgədə sülhün bərqərar olması istiqamətində ölkəmizin səylərindən danışıb. “Azərbaycan bölgədə sülhün təmin olunmasında liderliyə malikdir və İtaliyanın strateji müttəfiqidir”, deyə Ettore Rosato bildirib.

Tədbir azərbaycanlı bəstəkar-pianoçu Kəmalə Əlizadə və italyan bəstəkar-gitaraçı Stefano Muskaritolonun ifasında “Dostluq notları” adlı konsert proqramı ilə davam edib. Konsert proqramına Azərbaycan və İtaliyanın tanınmış bəstəkarlarının, eləcə də musiqiçilərin özlərinin bəstələdiyi mahnılar daxil edilib. Musiqiçilərin “Sarı gəlin”, “Ay Laçın”, “Gözəlim sənsən”, “Şuşa üzərində uçmaq”, “Cənnətim Qarabağ” kimi mahnıları etno-caz üslubunda ifa etməsi auditoriyanın xüsusi alqışlarına səbəb olub.

Sonda möhtəşəm ifalarına görə musiqiçilərə təşəkkür edən səfir Məmməd Əhmədzadə Kəmalə Əlizadə və Stefano Muskaritolonun yaradıcılıqla yanaşı, ailə həyatını da bölüşdüyünü və bu azərbaycanlı-italyan ailəsinin iki ölkənin xalqları arasında möhkəm dostluğu təcəssüm etdirdiyini deyib və bugünkü tədbirə məhz onların dəvət edilməsinin də xüsusi rəmzi məna daşıdığını bildirib. Diplomat əlavə edib ki, konsert proqramına Qarabağ və Şuşa ilə bağlı mahnıların daxil edilməsi də xüsusi əhəmiyyət daşıyır, çünki Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci il Azərbaycanda Şuşa ili elan olunub. Konsertdə sonuncu mahnının “Cənnətim Qarabağ” olduğunu deyən diplomat, Prezident İlham Əliyevin dediyi kimi, Qarabağı cənnətə və dünyanın ən gözəl bölgələrindən birinə çevirəcəyimizi, bu gün azad olunmuş ərazilərimizdə böyük bərpa və yenidənqurma işlərinin getdiyini və həmin işlərə italyan şirkətlərinin fəal cəlb olunduğunu vurğulayıb.

Tədbir rəsmi ziyafətlə davam edib.

Paylaş:
190

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər