Selçuk Bayraktar Şuşaya gedib
Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar Şuşaya gedib.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, o, Cıdır düzündə olub.
“Bizim heç kimin torpağında gözümüz yoxdur. Lakin bizim torpağımızda gözü olanlarla sonunadək hər cür vasitə ilə - yüksək texnologiya, elm və s. – mübarizə aparacağıq”, - S.Bayraktar Şuşada jurnalistlərə açıqlamasında bildirib.
O, Şuşanın erməni işğalından azad olunması üçün aparılan hərbi əməliyyatlardan da danışıb: “Ərazinin qayalıq olduğunu bilirdik. Amma qiymətli olan torpaqların mübarizəsi də çətin olur. Buranın türk ordularının çabaları ilə azad olunması və dünya tarixinə zərbə PUA-larının vasitəsilə qazanılan ilk qələbə kimi düşməsi biz mühəndislər üçün böyük məna ifadə edir”.