Zəngilan Beynəlxalq Hava Limanında işlər avqustda tamamlanacaq - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəngilan Beynəlxalq Hava Limanında işlər avqustda tamamlanacaq - FOTO

S.Xankişiyeva14:48 - 28 / 05 / 2022
Zəngilan Beynəlxalq Hava Limanında işlər avqustda tamamlanacaq - FOTO

Bu il avqust ayının sonunda Zəngilan Beynəlxalq Hava Limanında tikinti işləri tamamlanacaq.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib.

O qeyd edib ki, tikinti işlərinə 2021-ci ilin aprelin 26-da başlanılıb, may ayında isə ANAMA tərəfindən ərazinin minalardan və PHS-dan təmizlənməsinə start verilib

"Paralel olaraq təmizlənmiş ərazidə "AzVirt" şirkəti tərəfindən uzunluğu 3 kilometr, 60 metr olan uçuş-enmə zolağının torpaq qatının qazıntısı aparılıb. Sahəsi 60 min kvadrat metr olan və 8 hava gəmisi üçün nəzərdə tutulan perronda uzunluğu 600 metr olan sükan yolunun tikintisinə başlanılıb. Bu müddət ərzində paralel olaraq sahəsi 5 min kv. metr olan terminal binasının dəmir-beton konstruksiyası işləri görülüb. Artıq dəmir-beton konstruksiya işləri tamamlanıb, dam örtüyünün bağlanması üzrə iş gedir. İşin 80 faizi yerinə yetirilib və yaxın günlərdə bu işlər də yekunlaşacaq", - deyə o bildirib.

V.Əmiraslanov əlavə edib ki, hava limanının elektrik enerjisi ilə təmin olunması üçün uzunluğu 10 kilometr olan 35 kVt/saatlıq hava xətti çəkilib, gücü 1000 kVt/saat olan yarımstansiyasının inşası başa çatdırılıb.

“Fasiləsiz elektrik enerjisinin təmin olunması üçün gücü 1000 kVt/saat olan generator alınıb. Bütün avadanlıqlar Türkiyə, Almaniya və İtaliya istehsalıdır. Hazırda terminal binasının daxilində elektrik, mexanik, arakəsmə divarlarının inşası, memarlıq işləri həyata keçirilir. Hava limanının istiliklə təchiz edilməsi üçün qazanxana binası inşa olunub. Dərinliyi 250 metr olan artezian qazılıb. Uçuş-enmə zolağında gecə uçuşlarının təmin edilməsi üçün transformator binalarının tikintisi yerinə yetirilir. Onlar da iyun ayında istismara veriləcək. Uçuş-enmə zolağında 2 kilometr uzunluğunda 45 metr enində iri fraksiyalı asfalt örtüyü tam yerinə yetirilib. İşlər davam etdirilir. Hazırda aeronaviqasiya üçün nəzərdə tutulan qurğular arasında elektrik və rabitə xəttinin çəkilməsi prosesi yerinə yetirilir",- deyə o bildirib.

Onun sözlərinə görə, Zəngilan Beynəlxalq Hava Limanı 2 mərhələdə istismara veriləcək.

"İlk olaraq uçuş-enmə zolağı və hava gəmilərinin idarə edilməsi qülləsi iyulda istismara veriləcək.Hava limanı saatda 200 sərnişinin uçması üçün nəzərdə tutulub. Avqust ayında ikinci mərhələdə isə hava limanında işlər bütövlükdə tamamlanacaq. Burada uçuş kütləsi 400 ton olan sərnişin və yük təyyarələrinin qəbulu mümkündür",- deyə o qeyd edib.

Paylaş:
429

Son xəbərlər

Şamaxıda narkokuryer tutuldu26 / 07 / 2024, 17:48MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək26 / 07 / 2024, 17:40Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib26 / 07 / 2024, 17:27Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub26 / 07 / 2024, 17:24AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı26 / 07 / 2024, 17:08Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib26 / 07 / 2024, 17:05PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO26 / 07 / 2024, 17:00Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb26 / 07 / 2024, 16:49Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiqləndi26 / 07 / 2024, 16:41Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur - FOTO26 / 07 / 2024, 16:37Şimşək, yağış, 33 dərəcə isti - Faktiki hava26 / 07 / 2024, 16:29Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib26 / 07 / 2024, 16:23İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib26 / 07 / 2024, 16:15Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləkli hava şəraiti və sel təhlükəsi ilə bağlı çağırış edib26 / 07 / 2024, 16:01Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir26 / 07 / 2024, 15:53Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb26 / 07 / 2024, 15:45Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya26 / 07 / 2024, 14:38SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi26 / 07 / 2024, 14:35Mərkəzi Bank “Naxçıvanbank”da hesabı olanlara müraciət etdi26 / 07 / 2024, 14:29Qaxda Kürmükçaydan sel keçir26 / 07 / 2024, 14:26
Bütün xəbərlər