“Gəncə hadisələri”nə görə həbs edilən 3 nəfər azadlığa buraxılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Gəncə hadisələri”nə görə həbs edilən 3 nəfər azadlığa buraxılıb - FOTO

S.Xankişiyeva11:11 - 28 / 05 / 2022
“Gəncə hadisələri”nə görə həbs edilən 3 nəfər azadlığa buraxılıb - FOTO

Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində də davam etdirilib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, sərəncam bu müəssisədəki məhkumlardan 11 nəfər şamil olunub.

Onlardan 7 nəfər azadlığa buraxılıb, 4 nəfərin cəzası yarıya endirilib.

Əfv olunan şəxslərə ərizələrini Penitensiar Xidmətinin rəis müavini, general-mayor Oqtay Məmmədov, Azərbaycanın Ombsdumanı Səbinə Əliyeva və deputat Zahid Oruc təqdim edib.

Onlara müvafiq ərizələr təqdim olunub və 4 nəfər azadlığa buraxılıblar.

Azadlığa buraxılanlardan 3-ü "Gəncə hadisələri"nə görə həbs edilən şəxslərdir.

Qeyd edək ki, sərəncam çərçivəsində humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

Paylaş:
433

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər