“TEKNOFEST Azərbaycan”da iştirak etmək istəyənlərin NƏZƏRİNƏ: Əlavə biletlər aktiv edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

“TEKNOFEST Azərbaycan”da iştirak etmək istəyənlərin NƏZƏRİNƏ: Əlavə biletlər aktiv edildi

Qafar Ağayev00:08 - 29 / 05 / 2022
“TEKNOFEST Azərbaycan”da iştirak etmək istəyənlərin NƏZƏRİNƏ: Əlavə biletlər aktiv edildi

Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına vətəndaşların böyük marağı və çoxsaylı istəkləri nəzərə alınaraq 29 mayda festivalda iştirak üçün daha 20 min bilet aktiv edilib.

1news.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Qeyd olunub ki, vətəndaşlar iticket.az saytında qeydiyyatdan keçərək festivalın tamaşaçısı ola bilərlər.

Eyni zamanda vətəndaşların nəzərinə çatdırırıq ki, 28 mayda Müstəqillik Günü ilə əlaqədar festivalın proqramında müəyyən dəyişikliklər edilmiş və vaxt məhdudiyyəti tətbiq olunmuşdu. Bu səbəbdən 28 may tarixinə bilet əldə etmiş, lakin festivala gələ bilməmiş vətəndaşların "TEKNOFEST Azərbaycan"la ətraflı tanış olmasını təmin etmək məqsədilə həmin biletlər 29 mayda da festivala giriş üçün keçərli olacaq.

Paylaş:
606

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər