Bakıda quldurluq edən şəxsdə tapança aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda quldurluq edən şəxsdə tapança aşkarlanıb

12:21 - 30 / 05 / 2022
Bakıda quldurluq edən şəxsdə tapança aşkarlanıb

Bakı sakininə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini E.Məmmədova qarşı quldurluq etməkdə şübhəli bilinən Rəşad Almazov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

1news.az

Paylaş:
282

Son xəbərlər

Bütün xəbərlər