Sirkə turşusundan zəhərlənən jurnalist evə buraxılıb
Sirkə turşusundan zəhərlənərək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən jurnalist Nəsimi Şərəfxanlı bu gün evə buraxılıb.
1news.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.
Onun sözlərinə görə, N.Şərəfxanlı may ayının 14-də təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə Mərkəzə gətirilib: "Həkimlərin səyi ilə kritik durumda olan jurnalistin həyatını xilas etmək mümkün olub. Bundan sonra onun vəziyyətinin daha da yaxşılaşması üçün Mərkəzdə müalicəsi davam etdirilib və artıq səhhəti ilə bağlı hər hansı təhlükə qalmadığına görə evə buraxılmasına qərar verilib".
236