Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib

S.Xankişiyeva14:23 - 31 / 05 / 2022
Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib

Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu gün AKİ-nin idarə heyətinin ümumi iclası keçirilib.

Bir müddət əvvəl mərhum Rüstəm İbrahimbəyovun yerinə namizədliyi təqdim olunan Rasim Balayev iclas iştirakçılarının yekdil səsi ilə sədr vəzifəsinə seçilib.

Qeyd edək ki, AKİ-nin əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Paylaş:
445

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər