Xarici diplomatların Kəlbəcərə səfəri başlayıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xarici diplomatların Kəlbəcərə səfəri başlayıb – FOTO

S.Xankişiyeva10:21 - 31 / 05 / 2022
Xarici diplomatların Kəlbəcərə səfəri başlayıb – FOTO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Kəlbəcər rayonuna səfəri başlayıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, səfərin məqsədi diplomatları Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə törədilmiş vandalizm aktları barədə məlumatlandırmaqdır.

Səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı təmsil edən 80-dən çox diplomat və hərbi attaşe iştirak edir.

Kəlbəcərə səfər Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə sayca 9-cu səfəridir.

Paylaş:
417

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər