Sürücülərin NƏZƏRİNƏ! - Bu yol bağlanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ! - Bu yol bağlanacaq

11:40 - 31 / 05 / 2022
Sürücülərin NƏZƏRİNƏ! - Bu yol bağlanacaq

Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran-Prisi ilə bağlı iyun ayının 6-dan etibarən Azneft dairəsi bağlanacaq.

1news.az xəbər verir ki, bu müddət ərzində sürücülər alternativ yollardan istifadə edə biləcəklər.

Qeyd edək ki, yarış ilə bağlı tamamlanma işləri yekunlaşıb. Ərazidə tamaşaçılar üçün 9 tribuna quraşdırılıb ki, onlardan ən irisi "Abşeron" adlanır.

"Formula 1" Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

1news.az

Paylaş:
198

Son xəbərlər

Bütün xəbərlər